Fransa millisinin baş məşqçisi Didye Deşam yayda müqaviləsi başa çatdıqdan sonra Kilian Mbappeyə PSJ-dən ayrılmağı məsləhət gördüyü ilə bağlı şayiələrə münasibət bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis məsələ haqda bunları deyib:
“Mbappeyə Fransanı tərk etməli olduğunu dediyimi söyləmək axmaqlıqdı. Mən bunu nə ona, nə də başqasına demişəm. Harada oynayacağına özü qərar verəcək. Bu onun seçimidi. Onun Parisdə qalması problem deyil”.
saytlarin hazirlanmasi
