UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna Varşava təmsilçisinin evdə "Napoli"yə 1:4 hesabı ilə uduzduğu Avropa Liqasının qrup matçında yerli azarkeşlərin priotexniki vasitələrdən istifadə etmələri səbəb olub.
Nəticədə klub 40 000 avro məbləğində cərimələnib. Sözügedən qarşılaşmada "Legiya"nın yeganə qolunu Mahir Emreli vurub.
