“Legiya” azarkeşləri komandanın Avropa Liqasının C qrupunun son turunda evdə “Spartak”a (0:1) məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, Varşava klubunun fanatları millimizin forvardı Mahir Emrelinin oyununa da toxunub:
“36-cı dəqiqədə Mahir Emreli nominal olaraq cinah hücumçusu kimi oynadı və Lirim Kastratiyə dəqiq ötürmə verdi.
Bu, azərbaycanlı hücumçunun iştirakı ilə yeganə təhlükəli hücum anı oldu.
Bütün komanda Mahirin oyunu ələ almasını və qapıya zərbə endirməsini istəyirdi.
Bunu görmək çətin deyildi.
Amma Emreli formada deyil. O, “Lester”ə qol vurmuş snayper formasından uzaqdı”.(Legionesci)
