Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Varşava təmsilçisi 16-cı turda millimizin digər üzvü Anton Krivotsyukun oynadığı "Visla"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Visla" 23 xalla 10-cu, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 12 xalla 17-ci pillədə qərarlaşıb.
