Rüstəm Serbiya klubunun heyətində medal qazandı

19:01 - 12 Dekabr 2021

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın "Srvena Zvezda" komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.

Sportal.az xəbər verir ki, 73 kq-da mübarizə aparan 30 yaşlı idmançının komandası turnirdə ikinci yeri tutub.

​Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

Xəbər xətti