Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” millimizin digər üzvü Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay”la qarşılaşıb.
Matç “Kolos”un 2:1 hesablı qələbəsilə başa çatıb.
55-ci dəqiqədə meydana daxil olan Nuriyev assistlə yadda qalıb. Əhmədzadə isə matçın iştirakçısı olmayıb.
Hazırda “Kolos” 24 xalla 8-ci pillədədi. “Minay” isə 10 xalla 15-ci pillənin sahibidi.
