Hazırda UEFA-nın rəsmi saytında Konfrans Liqasının qrup mərhələsinin ən yaxşı qolunun səsverməsi davam edir.
Sportal.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borges də var. Belə ki, onun 2-ci turda “Omoniya”ya vurduğu qol ən yaxşı seçilə bilər.
Namizədlər arasında “Qarabağ” – “Omoniya” (2:2) matçında kiprlilərin uzaq məsafədən qolunun müəllifi Xordi Qomez də var.
