"Zirə"nin futbolçusu əməliyyat edildi

00:38 - 14 Dekabr 2021

Premyer Liqanın 13-cü turunda "Qəbələ" ilə oyunda zədələnən "Zirə"nin müdafiəçisi Nemanya Andelkoviçin ayağından əməliyyat olunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən  gün Serbiyanın Novi Sad şəhərində keçirilən cərrahiyyə əməliyyatı uğurla nəticələnib. Andelkoviçin 4 aydan sonra komandaya qoşulacağı gözlənilir.

Xəbər xətti