Levandovski İtaliyada oynayacaq?

11:21 - 14 Dekabr 2021

“Bavariya”nın hücumçusu Robert Levandovski İtaliyada oynamaq ehtimalına müsbət yanaşdığını bildirib.

Sportal.az xəbər verir ki, polşalı futbolçu  məsələ haqda bu cür danışıb:

“İtaliyada oynamaq? Mümkündü. Amma bilmədiyim məsələ haqda bir söz deyə bilmərəm. Amma bilirəm ki, İtaliyada mənə yüksək qiymət verirlər. İtaliyada əfsanəvi futboçularla, əfsanəvi komandalarla üz-üzə gəlmək imkanım var”.

Levandovskinin mövsüm sonunda "Yuventus"a keçə biləcəyi ehtimal edilir.

 

Xəbər xətti