Konfrans Liqasının 1-ci turu çərçivəsində “Bazel”lə görüşdə zədələnərək İspaniyada əməliyyat edilən “Qarabağ”ın futbolçusu Xayme Romero hazırda müalicəsini davam etdirir.
Sportal.az xəbər verir ki, Romero hazırda İspaniyada fitnes zalında bərpa prosesi keçir. Onun mövsümün 2-ci yarısında "Qarabağ"a kömək edə biləcəyi ehtimal edilir.


