Premyer Liqa oyunları koronavirusa görə təxirə salınacaq?

15:52 - 14 Dekabr 2021

İngiltərə Premyer Liqasında koronavirusa yoluxma sayında artım qeydə alınıb.

Sportal.az xəbər verir ki, dekabrın 6-dan 12-dək olan müddətdə 42 nəfərin COVİD-19 testinin nəticəsi müsbət olub.

Koronavirus testindən ümumilikdə 3805 futbolçu və klub işçisi keçib.

Amma koronavirusa yoluxanların adı açıqlanmayıb. Ehtimal edilir ki, növbəti turun görüşləri təxirə salınsın. 

Xəbər xətti