"Qəbələ" "Neftçi" ilə matça itkilərlə çıxacaq

23:16 - 14 Dekabr 2021

Azərbaycan Premyer Liqasının 14-cü turunda “Qəbələ” ilə qarşılaşacaq “Neftçi” oyuna itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, bu görüşdə Mamadu Mboc meydana çıxmayacaq. Barmağı sınan futbolçu hələ də komandadan uzaq düşüb. 

Aqil Məmmədov və Xorxe Korrea isə fərdi məşq edir. Yusuf Laval və Sezar Meza Kolli də komanda ilə birlikdə Qəbələyə yollansa da, onların meydana çıxıb-çıxmayacağı bilinmir. 

“Qəbələ”nin heyətində isə Omar Hanni meydana çıxa bilməyəcək. Ötən turda qırmızı vərəqə ilə cəzalandırılan iordaniyalı futbolçu komandasına kömək edə bilməyəcək.

Rüfət Əhmədov və Yaovi Akakpo isə zədə səbəbindən oyundan uzaq qalacaq. 

​“Qəbələ” – “Neftçi” matçı sabah 16:00 da Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər xətti