Ukrayna millisinin və "Dinamo"(Kiyev) klubunun müdafiəçisi Vitali Mikolenko İngiltərəyə yollanmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, gənc futbolçunun xidmətində "Everton" maraqlıdı.
İngiltərə Premyer Liqasının təmsilçisi transfer dəyəri 17 milyon avro olan ukraynalı üçün "Dinamo"ya 10 milyon ödəməyə hazırdı. Kiyev klubu ilə 2025-ci ilə müqaviləsi qüvvədə olan Mikolenko qışda İngiltərəyə yollanacaq.
saytlarin hazirlanmasi
