"Barselona" və "Boka Xuniors" Dieqo Maradonanın şərəfinə keçirilən Maradona kubokunda üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Mrsool Park" stadionunda təşkil olunan qarşılaşma argentinalıların qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (4:2) "Boka Xunior" Maradona Kubokunun qalibi olub.
"Barselona" - "Boka Xuniors" 1:1 (penaltilər 2:4)
Qollar: Ferran Yutqla 50 - Ezekiel 77
