Robert Levandovski Müllerə çatdı

12:07 - 15 Dekabr 2021

“Bavariya” Almaniya Bundesliqasının 16-cı turu çərçivəsində “Ştutqart”a 5:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, münhenlilərin qoluna Serj Qnabri və Robert Levandovski imza atıb. Ştutqartdakı “Mersedes Benz Arena”da keçirilən matç polşalı forvard üçün əlamətdar olub.

​Levandovski Gerd Müllerin rekordunu təkrarlayıb. Belə ki, polşalı Müller kimi il ərzində 42 qol həddinə çatıb. Müller bu rekorda 1972-ci ildə imza atıb. 

 

Xəbər xətti