“Atletiko”nun futbolçusu Kiran Tripper İngiltərəyə qayıdacaq.
Sportal.az xəbər verir ki, müdafiəçiyə “Nyukasl”dan təklif gəlib.
Transferin qışda baş tutacağı ehtimal edilir. Premyer Liqa klubu ingilis üçün Madrid təmsilçisinə 30 milyon funt sterlinq ödəyəcək.
31 yaşlı futbolçu cari mövsüm “Atletiko”da 15 oyun keçirib.
O, Madrid klubunun heyətində ötən mövsüm İspaniya Primerosunun qalibi olub.
saytlarin hazirlanmasi
