"İnter" danimarkalı ilə müqaviləni pozacaq

13:49 - 15 Dekabr 2021

“İnter” Kristian Eriksenlə müqaviləsinə xitam verəcək.

Sportal.az xəbər verir ki, AVRO-2020-də Finlandiya ilə görüşdə ürəyi dayanan və əməliyyat edildiyinə görə karyerasında pauza yarananan danimarkalının İtaliyaya qayıtmayacağı bildirilir.

​Milan klubu danimarkalı ilə müqaviləni pozmağa hazırlaşır. “Nerazzura” əslində bunu Eriksenin yeni klubuna azad agant statusu ilə keçməsinə kömək olmaq üçün edir. Onun “Ayaks”a keçəcəyi ehtimal edilir.

Xəbər xətti