Milli komandamızın və “Sumqayıt”ın futbolçusu, oktyabrın əvvəlində əməliyyat edilən Elvin Bədəlov hazırda bərpa prosesi keçir.
Sportal.az saytının məlumatına görə, diz bağlarında qopma olan 26 yaşlı futbolçu hazırda həkim nəzarəti altında, proqrama əsasən fitnes zalında məşqlərini yerinə yetirir.
Əgər işlər qaydasında gedərsə, Bədəlov martda yaşıl meydanda məşqlərini bərpa edəcək. Futbolçu Premyer Liqanın 5-ci turunda "Qəbələ" ilə matçda (0:0) zədələnmişdi.
