Argentina millisinin və "Barselona"nın forvardı Serxio Aquero futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü mətbuat konfransında deyib.
O, ürəyindəki problemə görə həkimlərlə məsləhətləşdikdən sonra bu qərarı verməli olduğunu bildirib. Aquero qərarını açıqlayarkən göz yaşlarını saxlaya bilməyib.
Cari mövsüm Aquero "Barselona"nın heyətində 5 oyuna çıxıb və 1 qol vurub.
İspaniya çempionatının 12-ci turu çərçivəsində "Alaves"lə keçirilən oyununda özünü narahat hiss edən forvard 41-ci dəqiqədə əvəzlənmişdi. Həyatı təhlükəsi olduğuna görə Aquero karyerasını başa vurmalı olub.
33 yaşlı forvard "Barsa"ya yayda "Mançester Siti"dən keçmişdi.

