Millimiz Çexiya və İsveçə qarşı

11:38 - 16 Dekabr 2021

Eşitməqüsurlu futzalçılardan ibarət Azərbaycan milli komandası final mərhələsi 2022-ci ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcək.

Sportal.az xəbər verir ki, 17-19 dekabr tarixlərində İsveçin Göteburq şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında Azərbaycan millisi B qrupunda Çexiya, İsveç və Uels komandaları ilə mübarizə aparacaq.

​Azərbaycan millisi dekabrın 17-də Çexiya, 18-də İsveç, 19-da isə Uelslə qarşılaşacaq.

Xəbər xətti