Slovakiya Futbol Federasiyasının prezidenti: "Tanış komandalar Belarus və Azərbaycandı"

17:39 - 17 Dekabr 2021

Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik Millətlər Liqasının püşkatması haqda fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, federasiya rəhbəri milli komandanın C qrupundakı şanslarını dəyərləndirib:

"Burada rəqib seçimi böyük deyildi. Mənim üçün tanış olan komandalar Belarus və Azərbaycandı. Məsafəyə görə, 3-cü komandanın da Moldova olmasını istəyərdim.

Təbii ki, biz həmişə uğur qazanmağa çalışırıq. Şəxsən mənə görə, biz bu qrupu qalib başa vurmalıyıq. Püşkatmada hansı komanda ilə düşəcəyinizi siz seçmirsiniz".

 

Xəbər xətti