"Latsio"nun baş məşqçisi Maurisio Sarri komandasının İtaliya A seriyasındakı çıxışını dəyərləndirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis uğursuz çıxışı avrokuboklarla əlaqələndirib. O, hazırda A seriyasında 9-cu pillədə qərarlaşan komandası barədə bunları deyib: "Avropa Liqası bizi öldürür. Amma bu, bizim günahımızdı.
Avrokuboklara qədərki və ondan sonrakı oyunlarımız arasında böyük fərq var. Öz səviyyəmizi saxlaya bilmirik. Əslində, bu elə-belə problem deyil".
"Latsio" 17 turdan sonra 25 xalla 9-cu pillədə qərarlaşıb.
