"Legiya"nın baş məşqçisi Mahirlə görüşəcək

19:52 - 17 Dekabr 2021

"Legiya"nın yeni baş məşqçisi Aleksandr Vukoviç Mahir Emreli ilə görüşməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Vukoviç azərbaycanlı forvardla yanaşı komandanın braziliyalı futbolçusu Lukinyası da görüşə dəvət edib.

Belə ki, “Visla”(Plotsk) ilə oyundan sonra “Legiya” azarkeşləri Mahirlə yanaşı Lukinyasa da hücum edib və buna görə də onlar həm məşqlərə, həm də oyunlara çıxmır.

Məşqçilər korpusu hər 2 futbolçuya dincəlmək üçün şans verib və onların yeni ildən sonra BƏƏ-nin paytaxtı Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına yollanacağına ümid edir. (Legia.net)

Xəbər xətti