"İnter" Eriksenlə yollarını ayırdı - RƏSMİ

21:12 - 17 Dekabr 2021

"İnter" Kristian Eriksenlə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Sportal.az xəbər verir ki, Eriksen AVRO-2020-də Finlandiya ilə oyun zamanı infarkt keçirmiş, bundan sonra həyatı üçün təhlükə yaradan aritmiyaları aradan qaldırmaq və ürəyin dayanmasının qarşısını almaq üçün nəzərdə tutulmuş implantasiya edilə bilən kardioverter defibrilatordan istifadə etmişdi.

İtaliya çempionatının qaydalarına görə, Eriksen belə cihazla çempionatda oynaya bilməz.

​Ona görə də "nerazzura" danimarkalı ilə müqaviləyə xitam verib.

Xəbər xətti