Cənubi Amerikadan 10 komanda Millətlər Liqasında iştirak edəcək

21:59 - 17 Dekabr 2021

UEFA-nın vitse-prezidenti Zbiqnev 2024-cü ildə Millətlər Liqasında Cənubi Amerikadan 10 komandanın iştirak edəcəyini bildirib.

Sportal.az xəbər verir ki, Kolumbiya, Argentina, Çili, Peru, Braziliya və Uruqvay A divizionunda, Boliviya, Paraqvay, Venesuela, Ekvador B divizionunda iştirak edəcək.

Bütün oyunların Avropada keçiriləcəyi planlaşdırılır.  A liqasının 4 qrupunun qalibi Millətlər Liqasında final mərhələsinə çıxacaq. Həmin oyun isə 2023-cü ilin iyun ayında keçiriləcək. B, C və D liqasının qalibi isə üst diviziona yüksələcək. A və B qrupunun sonuncuları aşağı diviziona yuvarlanacaq. C qrupunun sonuncuları isə öz aralarında pley-off matçlarını keçirəcək ki, D qrupuna yollanmasın.

A, B, C liqalarının hərəsində 16 komanda iştirak edəcək.

Xəbər xətti