Kadinin qolu Konfrans Liqasında qrup mərhələsinin ən yaxşısı seçildi - VİDEO

22:27 - 17 Dekabr 2021

Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu barədə UEFA turnirin rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Mərhələnin ən yaxşısı "Qarabağ"ın futbolçusu Kadi Borgesin 2-ci turda Kiprdə "Omoniya" ilə matçdakı dəqiq zərbəsi olub.

​Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.

Xəbər xətti