UEFA azərbaycanlı hakimlərin kateqoriyalarını dəyişdirdi

10:09 - 18 Dekabr 2021

UEFA 2021/22 mövsümünün ikinci yarısı üçün beynəlxalq dərəcəli hakimlərin kateqoriyalarında dəyişikliklər edib.

Sportal.az xəbər verir ki, əsas dəyişiklik üçüncü kateqoriyanın ləğv edilərək, ikinci kateqoriyanın genişləndirilməsidir.

​Bu səbəbdən, Azərbaycanın iki FİFA referisi - Elçin Məsiyev və Rauf Cabbarov ikinci kateqoriyaya keçib. Digər FİFA referimiz Əliyar Ağayev isə yenə birinci kateqoriyada qalıb.

Xəbər xətti