“Ayaks”ın qapıçısı Andre Onana "Barselona"ya keçə biləcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, kamerunlu qapıçı Kataloniya klubundan təklif gələcəyi halda, qəbul edəcəyini söyləyib: “Bir neçə variantım var. Hələ qərar verməmişəm. Hansı layihənin daha yaxşı olacağını görməliyəm. Haqqımda çox şeylər yazılır. “Barselona”, “Arsenal” kimi klubların adları hallanır, amma hələ bir qərar verməmişəm. “Barselona”nın rəsmiləri ilə yaxşı əlaqələrim var. “Barselona” hələ də dünyanın ən yaxşı klublarından biridir. Onlardan təklif gəlsə, rədd etmərəm”.
25 yaşlı qapıçı "Ayaks"ın yetirməsidi.
