Millimizin rəqibi turnirdə iştirak etdi

11:51 - 18 Dekabr 2021

Futzal üzrə Bosniya və Herseqovina millisi Avropa çempionatından öncə yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, bosniyalılar mini-turnirdə çıxış edib.

Belə ki, millimizin Avropa çempionatındakı rəqibi Slovakiyaya 4:5 hesabı ilə uduzub. Çexiyaya da 3:5 uduzan bosniyalılar Avstriyaya 7:4 qalib gəlib.

Belədə, Bosniya və Herseqovina millisi 3 xalla turnir cədvəlinin 3-cü pilləsini tutub.

Xəbər xətti