Emreli son turda "Legiya"ya kömək etməyəcək: Polşadan ayrılır

13:41 - 18 Dekabr 2021

Sabah Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Legiya"nın düşərgəsini tərk edəcək.

Sportal.az xəbər verir ki, 24 yaşlı forvard istirahət üçün vətənə qayıdır. Onun Varşava klubunda qalıb-qalmayacağı ilə bağlı məsələlərlə isə Emrelinin meneceri məşğul olacaq.

Emreli Polşa çempionatında ilin son görüşü, 19-cu turun "Radomyak"la görüşündə də iştirak etməyəcək. 

Xəbər xətti