Andrey Şevçenko antirekorda imza atdı

15:45 - 18 Dekabr 2021

 

İtaliya A seriyasının 18-ci turunda "Latsio" səfərində olan "Cenoa" rəqibinə 1:3 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, bu məğlubuyyətlə Andrey Şevçenko antirekorda imza atmış olub.

Belə ki, Genuya təmsilçisi ukraynalı mütəxəssisin rəhbərliyi altında 6 oyundur ki, qələbə qazana bilmir.

Şevçenko yeni baş məşqçisi təyin olunduğu klubu meydana çıxardığı 6 oyunun 5-dən məğlubiyyətlə ayrılıb, 1-də heç-heçə edib. 

 

Xəbər xətti