Qrizman "Atletiko"ya kömək etməyəcək

19:03 - 18 Dekabr 2021

Antuan Qrizman "Atletiko"ya kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, fransalı futbolçu zədələndiyinə görə bu gün İspaniya Primerosunun 18-ci turu çərçivəsində "Atletiko"nun "Sevilya"ya qarşı keçirəcəyi oyuna çıxa bilməyəcək.

​30 yaşlı futbolçunun sağ ayağında problem olduğundan matça çıxmayacaq. Həkimlər fransalıya fizioterapiya kursu məsləhət görüb.

Xəbər xətti