"Real"ın futbolçusu Luka Modriç koronavirus testi neqativ çıxıb.
Sportal.az xəbər verir ki, buna baxmayaraq xorvatiyalı futbolçunun Primeronun 18-ci turu çərçivəsində "Kadiz"ə qarşı keçiriləcək matçda meydanda olmayacağı dəqiqləşib.
"Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti də Modriç haqda danışıb: "Modriç məşq etməyib. COVİD-19 testi mənfi çıxdı. Amma o, özünü zəif hiss edir və ona görə də növbəti oyunda bizə kömək etməyəcək".
