Azərbaycanlı futbolçunun legioner həyatı qısa çəkdi

21:06 - 18 Dekabr 2021

Yayda Yunanıstanın 1-ci divizion təmsilçisi olan "Pierikos"la müqavilə imzalayan Tural Bayramlının legioner həyatı erkən başa çatıb.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Yunanıstan klubunda qalmaq istəməyib və oradan ayrılıb.

Futbolçunun komandada qalmaq istəməməsinin maliyyə şərtlərilə əlaqədar olduğu bildirilir. Bayramlı artıq vətənə qayıdıb.

Xəbər xətti