"Sportinq"in futbolçusu Pablo Sarabiya "Real"a qayıdacağına ümid edir.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu PSJ-yə qayıtmaq niyyətində deyil.
Lissabon klubunda icarə əsasında çıxış edən Sarabiya özü "Real"da çıxış etmək niyyətindədi.
"Sportinq" onu heyətdə saxlamaq istəsə də, transfer vərəqəsini almaq üçün böyük məbləğ xərcləmək niyyətində deyil.
Sarabiya özü isə menecerinin "Real"la danışıqlar aparmasını xahiş edib.
29 yaşlı futbolçu "Real" yetirməsidi. O, indiyə qədər "Xetafe", "Sevilya" klublarında çıxış edib və 2019-cu ildə PSJ-yə keçib.
