Azərbaycanlı məşqçi koronavirusdan vəfat etdi

15:33 - 19 Dekabr 2021

Azərbaycanın kikboksinq üzrə məşqçisi Ceyhun Abbasov koronavirusdan dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Güloğlan Cabbarov məlumat verib.

 

Onun sözlərinə görə, Abbasov 46 yaşında müalicə aldığı "Yeni Klinika"da vəfat edib. O, 2 həftədən çox süni tənəffüs aparatında olub.

Xəbər xətti