"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç Ekstraklassanın 19-cu turu çərçivəsində "Radomyak Radom"a 0:3 hesablı məğlubiyyətdən sonra Mahir Emreli haqda danışıb.
Sportal.az xəbər verir ki, Varşava təmsilçisinin çalışdırıcısı milli komandamızın forvardının komandadan ayrılıb-ayrılmayacağı məsələsi haqda danışıb:
"Emreli ilə danışmışam. Ümidvaram ki, toplanışın ilk günlərindən bizimlə olacaq. Yüksək keyfiyyətlərə malik olan yaxşı futbolçudu. Mahir Emreli kimi futbolçular bizə çox lazımdı. Ümid edirəm ki, komandamıza qoşulacaq. "Legiya"nı tərk etmək istəyirmi? Bu barədə mənə bir söz demədi".
