"Milan" evdə "Napoli"yə uduzdu - VİDEO

13:01 - 20 Dekabr 2021

İtaliya A seriyasında 18-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Milan” evdə “Napoli” ilə qarşılaşıb.

​Matç neapolluların qələbəsilə yekunlaşıb. Bu qələbə sayəsində xalların sayını 39-a çatdıran “Napoli” eyni xala malik olmasına baxmayaraq, “Milan”ı 1 pillə qabaqlayaraq 2-ci pilləyə yüksəlib.

"Milan" - "Napoli" 0:1
Qol:
Elif Elmas, 5

Xəbər xətti