"Yuventus"un müdafiəçisi Matteys De Lixt komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, niderlandlı futbolçu Turin klubunu tərk etməyə hazırlaşır.
Gənc müdafiəçinin "Yuventus"u tərk etsə də, A seriyasından ayrılmaması ehtimal edilir.
"Ayaks" yetirməsi olan futbolçu 2019-cu ildən "Yuventus"da oynayır. Onun "Milan" və "Atalanta"nın maraq dairəsində olduğu bildirilir.
