"Biz heç vaxt Zidanla danışıq aparmamışıq"

15:36 - 20 Dekabr 2021

PSJ-nin idman direktoru Leonardo Zinəddin Zidanın baş məşqçi postuna gətiriləcəyilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, klub rəsmisi məsələ haqda bu cür danışıb:

"Biz Zidanla heç vaxt danışıq aparmamışıq. Maurisio Poçettionun təyinatından əvvəl də Zidanla baş məşqçi məsələsini müzakirə etməmişdik. Ona görə də bu məsələ haqda çox danışmağa ehtiyac duymuram".

Xəbər xətti