Obameyanq İtaliyaya köçə bilər

17:10 - 20 Dekabr 2021

"Arsenal"dan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanq karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, qabonlu hücumçu ilə "Yuventus" maraqlanır. Turin klubu qış transfer pəncərəsi dövründə Obameyanqı heyətinə qatmaq istəyir.

Obameyanq "Arsenal"da intizam qaydalarını pozduğu üçün əsas komandadan kənarlaşdırılıb. 33 yaşlı forvardın adı daha əvvəl "Barselona" ilə hallanırdı.

Xəbər xətti