"Mançester Yunayted", "Liverpul" və "Real" serbiyalını istəyir

19:20 - 20 Dekabr 2021

"Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviç klubu tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, Roma təmsilçisinin baş məşqçisi Mauritsio Sarri ilə fikir ayrılığı yaşayan serbiyalı yarımmüdafiəçi ayrılıq qərarı verib. 26 yaşlı futbolçu ilə "Mançester Yunayted", "Liverpul" və "Real" yaxından maraqlanır.

 

"Latsio" yaxşı təklif olarsa, Saviçi qışda sata bilər. Bu baş verməsə Serbiya millisinin üzvü yayda A Seriyası klubundan ayrılacaq.

 

Qeyd edək ki, Sergey Milinkoviç-Saviç 2015-ci ildən "Latsio"da çıxış edir. Təcrübəli oyunçunun paytaxt təmsilçisi ilə 2 il yarımlıq müqaviləsi var.

Xəbər xətti