Roman Qriqorçuk sabiq komandasına qayıdır

10:22 - 21 Dekabr 2021

"Çernomorets"(Odessa) "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuku baş məşqçi postuna gətirmək istəyir. 

Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Odessa kubunun rəhbərliyi Qriqorçukla danışıqlara getsə də, hələ ki, razılıq əldə etməyib.

Hazırki məşqçilər korpusundan narazı olan rəhbərlik Qriqorçuku razı salmağa çalışır.

2022-ci ilin ilk həftəsinə kimi Qriqorçukun sabiq komandasına geri dönüb-dönməyəcəyi dəqiqləşəcək. 

Xəbər xətti