Millimizin rəqibi baş məşqçisini dəyişir

11:18 - 21 Dekabr 2021

UEFA Millətlər Liqasında millimizin rəqiblərindən olan Slovakiya millisinin baş məşqçisi ilə  bağlı qərar bu ay veriləcək.

Sportal.az xəbər verir ki, millinin hazırkı baş məşqçisi Ştefan Tarkoviçin müqaviləsi dekabrın 31-i başa çatır.

Slovakiya Futbol Assosiasiyası bu vəzifəyə iki namizəd müəyyənləşdirib.

Bunlar hazırkı çalışdırıcı Ştefan Tarkoviç və “Slovan”ın baş məşqçisi Vladimir Veyssdir. Qurum dekabrın 31-nə qədər qərar vermək niyyətindədir.

C liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Slovakiya ilə iyunun 10-da evdə, sentyabrın 22-də isə səfərdə qarşılaşacaq.

Xəbər xətti