“Everton”un müdafiəçisi Lyuk Din İngiltərədə klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü “Nyukasl”a keçməyə hazırlaşır.
Rafael Beniteslə münasibətinin yaxşı olmamasına görə komandada qalmaq istəməyən futbolçu özü də “Nyukasl”a transferinin əlehinə deyil.
“Lill” yetirməsi olan 28 yaşlı futbolçu PSJ, “Roma” klublarının formasını geyindikdən sonra 2018-ci ildə “Barselona”dan “Everton”a keçmişdi. Fransa millisinin üzvü “Nyukasl”da daha çox qazanacaq.
