"Qarabağ"a qarşı oynayacaq?

11:46 - 21 Dekabr 2021

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" qış fasiləsində bir futbolçusu ilə yollarını ayıracaq. 

Sportal.az xəbər verir ki, ötən mövsüm yayda "Botafoqo"dan 8 milyon avroya transfer edilən braziliyalı forvard Luis Enrike komandadan göndəriləcək.

Forvardın yenidən əvvəlki klubuna qayıdacağı ehtimal edilir. "Genk" və "Fiorentina" klubları braziliyalı üçün "Marsel"ə müraciət edib.

Xəbər xətti