Namik Ələsgərovun komandası üçün yeni baş məşqçisi

21:14 - 21 Dekabr 2021

"Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, millimizin üzvü Namik Ələskərovun formasını geyindiyi komandanı bundan sonra Yücel İldiz çalışdıracaq.

Türkiyə 1-ci liqasının 19-cu turu çərçivəsində baş tutacaq "Mənəmən Bələdiyyəspor"la səfər matçına Bursa klubunu 68 yaşlı mütəxəssis çıxaracaq. Həmin matç dekabrın 25-də keçiriləcək.

 

Xəbər xətti