"Real"ın futbolçusu Eden Hazard qışda komandanı tərk etmək istəmir.
Sportal.az xəbər verir ki, belçikalı futbolçu mövsümün sonuna qədər Madrid klubunda qalacaq.
O, bu klubda özünü sübut etmək niyyətindədi.
İspaniyaya köçəndən bu yana daim zədələrlə mübarizə aparan 30 yaşlı futbolçunun transfer dəyəri də aşağı düşüb. Bu mövsüm Primeroda 11 oyuna çıxan Eden ən yaxşı halda yayda İspaniyanı tərk edəcək.
