Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci il üçün Avropanın rəmzi komandasını açıqlayıb.
Sportal.az xəbər verir ki, rəmzi heyətdə bu il 7-ci dəfə "qızıl top"u qazanan Lionel Messi (PSJ) yer almayıb:
Qapıçı: Canluici Donnarumma (PSJ);
Müdafiəçilər: Sesar Aspilikueta (“Çelsi”) Leonardo Bonuççi, Corco Kyellini (hər ikisi “Yuventus”), Ruben Dias (“Mançester Siti”);
Yarımmüdafiəçilər: Jorjinyo (“Çelsi”), Kevin de Bruyne (“Mançester Siti”), Nqolo Kante (“Çelsi”);
Hücumçular: Kriştiano Ronaldo (“Mançester Yunayted”), Robert Levandovski (“Bayern”), Kilian Mbappe (PSJ).

