"Mançester Yunayted"in hücumçusu Edinson Kavaninin "Barselona"ya keçidi baş tutmaya bilər.
Sportal.az xəbər verir ki, uruqvaylı forvard Kataloniya klubunda oynamaq niyyətindədi. Di gəl ki, klublar arasında danışıqlarda ciddi anlaşılmazlıqlar yaranıb.
Kataloniya klubu Kavani ilə 1,5 illik müqavilə imzalamaq istəyir. "Mançester Yunayted" isə təcrübəli forvardı buraxmaq üçün ispanlardan əvvəlkindən daha çox pul tələb edib.
